Ad gününü qeyd edən Sveçnikov nizəatma kralı oldu

19 may 2017
GLYN KIRK / Baku 2017 / AFP-Services
GLYN KIRK / Baku 2017 / AFP-Services

Paraatletikanın nizəatma növündə yarışan Özbəkistan təmsilçisi Aleksandr Sveçnikov “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk dünya rekordu müəyyənləşdirərək ulduzu çevrilib.

Bu gün 19 yaşı tamam olan idmançı kişilərin nizəatma yarışının finalında 70 metr nəticə ilə çempionluğu bayram edib. Belə fantastik göstərici ilə A.Şveçnikov ən yaxın təqibçisi, İran paraatleti Sacad Nikparastı (59,24) təxminən 11 metr qabaqlayıb. Paralimpiyaçıların 2015-ci il dünya çempionatının gümüş mükafatçısı Seyed Er Hosseyni (İran) isə nizəni 55,79 metr uzağa atmaqla fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Sonda qeyd edək ki, idman dünyası Sveçnikovu 2016-cı il Rio paralimpiya oyunları zamanı, nizəni 65,69 metr uzağa atmaqla qızıl medal qazanarkən tanıyıb. Yeri gəlmişkən, Nikparast, Bakıda olduğu kimi, Rioda da Sveçnikovu irəli buraxmaqla 2-ci yeri tutmuşdu.

© AFP Services

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR